Dünya

Rusiyanın 14 minə yaxın hərbçisi zərərsizləşdirilib

16 Mart 2022 11:48
0 Şərh     Baxış: 979
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 430 ədəd tankı, 1375 ədəd zirehli döyüş maşını, 190 ədəd artilleriya sistemi, 70 ədəd reaktiv yaylım atəş sistemi, 43 ədəd havadan müdafiə sistemi, 84 ədəd hərbi təyyarəsi, 108 ədəd helikopteri, 819 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 11 ədəd dronu, 10 xüsusi avadanlıq məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 13 800 nəfər canlı qüvvəsini itirdiyini bəyan edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.