Dünya

UNICEF-dən HƏYƏCAN TƏBİLİ: hər saniyə bir ukraynalı uşaq...

16 Mart 2022 21:17
0 Şərh     Baxış: 1 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fevralın 24-də başlayan Rusiya işğalından sonra 1,5 milyona yaxın ukraynalı uşaq qaçqın düşüb".  

Milli.Az "Украинская Правда"ya istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun ( UNICEF) rəhbəri Ceyms Elder deyib.

O, qeyd edib ki, son 20 gündə Ukraynada hər gün 70 mindən çox uşaq qaçqın vəziyyətinə düşüb, hər dəqiqə isə 55 uşaq ölkədən qaçır.

Xatırladaq ki, Rusiya ilə müharibəyə görə 2,7 milyon ukraynalı ölkəni tərk edib. Onların əksəriyyəti Polşaya gedib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.