Dünya

Marina 14 saat dindirilib - İlk dəfə danışdı - VİDEO

16 Mart 2022 10:24
1 Şərh     Baxış: 3 336
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Birinci kanal"ında yayımlanan "Vremya" verilişinin canlı efiri zamanı kameralar qarşısında əlində "Müharibəyə yox" sözləri yazılmış plakat açan redaktor Marina Ovsyannikova məhkəmədən sonra ilk dəfə danışıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, 14 saat dindirildiyini deyib:

"Mən hər kəsə dəstək üçün təşəkkür etmək istəyirəm. Bu, həqiqətən, mənim həyatımda çox çətin günlərdir. Mən iki sutka yuxusuz qaldım. Dindirilmə 14 saatdan çox davam etdi. Qohumlarım və yaxınlarımla əlaqə saxlamağa icazə vermirdilər, mənə heç bir hüquqi yardım göstərmirdilər".

Qeyd edək ki, məhkəmə redaktoru 30 min rubl (303 AZN) məbləğində cərimə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.