Dünya

“Meta” ölkələrin liderlərinin öldürülməsinə çağırışlara yayımlamağa icazə vermədi

15 Mart 2022 11:48
0 Şərh     Baxış: 707
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Meta" şirkəti ona aid "Facebook" və "Instagram" sosial şəbəkələrində dövlət başçılarının öldürülməsinə çağırışların peyda olmasına icazə verməyəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin vitse-prezidenti Nik Kleqq bildirib.

N.Kleqqin sözlərinə görə, şirkət bunun "ümumilikdə ruslara" qarşı zorakılığa haqq qazandıran mövqe kimi yozulmaması üçün öz mövqeyini aydınlaşdırıb.

"Biz öz platformalarımızda dövlət başçılarının ölümünə çağırışlara icazə vermirik", - deyə o qeyd edib.

Qeyd edək ki, bir qədər əvvəl şirkətin mətbuat katibi Endi Stoun açıqlamasında "Meta Platforms"un Ukraynadakı hadisələr fonunda "Facebook" və "Instagram" sosial şəbəkələrində rusiyalı hərbçilərə qarşı zorakılıq çağırışlarına qadağanı müvəqqəti olaraq aradan qaldırdığını bildirmişdi. Sözügedən məsələ Rusiya tərəfinin kəskin narazılığı ilə müşayiət olunmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.