Dünya

Britaniya Ukraynanı gücləndirmək üçün yeni variantlar axtarır

14 Mart 2022 09:48
0 Şərh     Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın baş naziri Boris Conson Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla söhbətində bildirib ki, London Ukraynanın özünümüdafiəsini gücləndirmək variantlarını axtarmağa davam edəcək.

Bu barədə Milli.Az "Report"a istinadən xəbər verir.

"Baş nazir Böyük Britaniyanın Ukraynaya davamlı dəstəyini vurğulayıb. O, Böyük Britaniyanın Ukraynanın özünümüdafiəsini gücləndirmək üçün daha çox variant axtarmağa davam edəcəyini söyləyib. Baş nazir bildirib ki, Böyük Britaniya bu dağıdıcı münaqişəyə son qoymaq üçün Ukraynanı bütün səylərində dəstəkləməyə davam edəcək", - məlumatda deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.