Dünya

ABŞ İsraili sanksiyalara qoşulmağa çağırdı

12 Mart 2022 18:30
0 Şərh     Baxış: 683
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrail hökuməti Qərb ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulmalı və bu ölkənin oliqarxlarına qadağalar qoymalıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland İsrail mediasına açıqlamasında deyib.

"İsrail nə etsə, ukraynalılar alqışlayacaqlar. Eyni zamanda, Ukraynaya dəstək verən beynəlxalq koalisiya da bunu məmnuniyyətlə qarşılayacaq. Dünyanın bütün demokratik dövlətlərini Putinə tətbiq edilən ixrac məhdudiyyətləri və maliyyə sanksiyalarında ABŞ-a qoşulmağa çağırırıq. Rusiya iqtisadiyyatına zərbə vurmalıyıq. Onların ehtiyac duyduğu gəlirin qarşısını almalıyıq. Buna görə də biz bütün ölkələr kimi İsraili də ABŞ-a qoşulmağa çağırırıq", - Nuland bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.