Dünya

“Müharibəni başladan biz deyilik, vicdanımız təmizdir”

11 Mart 2022 16:50
Baxış: 2 853
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Onlara hücum edən biz deyilik. Biz deyilik".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Moskvada səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

"Ukrayna Silahlı Qüvvələri mən sizinlə iki gün əvvəl sizin evinizdə olarkən atəş açmağa başladılar. Onlar başladılar. Mən sizə indi Belarusa hardan hücum hazırlandığını göstərəcəyəm. Əməliyyatdan altı saat əvvəl mövqelərə, dörd mövqeyə qabaqlayıcı zərbə endirilməsəydi, təlimdə olan Belarus və Rusiya qoşunlarına hücum edərdilər. İndi xəritəni göstərəcəyəm, gətirmişəm. Bu müharibəni biz başlatmamışıq, bizim vicdanımız təmizdir. Yaxşı ki, başlatdılar", - deyə Lukaşenko qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.