Dünya

Ukrayna Qərbdən Rusiyanın həbs edilmiş qızıl-valyuta ehtiyatlarını istəyir - 415 milyard dollar

11 Mart 2022 20:18
0 Şərh     Baxış: 1 248
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna İqtisadiyyat Nazirliyi digər ölkələrin hökumətləri ilə birlikdə Rusiyanın təcavüzündən itkiləri kompensasiya etmək üçün Rusiya Mərkəzi Bankının həbs edilmiş qızıl-valyuta ehtiyatlarının 415 milyard dollar həcmində Ukraynaya ötürülməsi mexanizmini axtarır.

Milli.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat nazirinin birinci müavini Denis Kudin ümummilli televiziya verilişi zamanı bildirib.

"Qərb hökumətləri artıq Rusiya Federasiyası Mərkəzi Bankının qızıl-valyuta ehtiyatlarına həbs qoyublar - 415 milyard dollar. Bu məbləğ, demək olar ki, birbaşa birdəfəlik itkiləri ödəməyə kifayət edir. Biz gözləyirik ki, yaxın gələcəkdə hökumətlərlə birlikdə bu pulun bərpa və kompensasiya üçün Ukraynaya necə gələ biləcəyi ilə bağlı hüquqi mexanizm tapaq", - Kudin bildirib.

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.