Dünya

Türkiyə ordusu hücuma keçmək istəyən silahlıları PUA ilə məhv etdi

8 Mart 2022 22:26
0 Şərh     Baxış: 1 851
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Silahlı Qüvvələri "Fırat Kalkanı" ("Fərat Qalxanı") əməliyyatının keçirildiyi bölgədə sabitliyi pozaraq atəş açan PKK/YPG-PYD terror qruplaşmasının 12 silahlısını zərərsizləşdirib.

Milli.Az kanal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi tviter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, "Fırat kalkanı" əməliyyatının keçirildiyi bölgə Türkiyə ilə Suriya sərhədində yerləşir.

2016-cı il avqustun 24-də Türkiyə Silahlı Qüvvələri həmin ərazidə Azad Suriya Ordusu ilə birlikdə İŞİD, PKK/YPG-PYD terror qruplaşmalarına qarşı antiterror əməliyyatı həyata keçirib.

Ərazi terrorçulardan 2017-ci il martın 29-da təmizlənib.

Hazırda bölgə türk hərbçiləri və Azad Suriya Ordusunun nəzarəti altındadır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.