Dünya

Rusiyalı məşhurlar gizli şəkildə ölkələrini tərk etdilər

6 Mart 2022 15:37
1 Şərh     Baxış: 1 634
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Depressiyadan müalicə olunan rusiyalı məşhur müğənni Zemfira beş ildən sonra, fevralın 24-də axşam Moskvada konsert verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, elə həmin gün Ukraynada başlayan hərbi xüsusi əməliyyata etinasız qalmayan müğənni "Ne strelyayte" (Güllələməyin) adlı mahnısını səsləndirib və sonra sosial şəbəkədə paylaşımlar edib.

Pərəstişkarları ulduzu dəstəkləyiblər və ikinci solo konsertindən bir neçə gün sonra Zemfira və aktrisa Renata Litvinovanın Parisə uçduğu məlum olub.

Tanınmışlar özləri bununla bağlı heç bir açıqlama verməyiblər və sosial şəbəkələrdə görünməyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.