Dünya

Bu məşhur brendlər də Rusiyadan gedir

6 Mart 2022 10:35
1 Şərh     Baxış: 3 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Zara", "Zara Home", "Massimo Dutti", "Bershka", "Oysho", "Pull & Bear", "Stradivarius" və "Uterqüe" kimi iri mağazalar şəbəkələrinin sahibi olan İspaniyanın "Inditex" şirkəti Rusiyadakı fəaliyyətini dayandırır.

Milli.Az xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, şirkət 502 mağazasını (onlardan 86-sı "Zara") bağlayır və onlayn satış həyata keçirməyəcək.

Məlumata görə, şirkətin ümumi mənfəətinin təxminən 8,5 faizi Rusiyanın payına düşür.

Şirkətin açıqlamasında deyilir ki, bütün mağazalar icarə əsasında fəaliyyət göstərir, ona görə də investisiya maliyyə baxımından cari maraq doğurmur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.