Dünya

Ukraynalı qaçqınların qarşılanmasında təsirli anlar - VİDEO

5 Mart 2022 12:12
0 Şərh     Baxış: 2 206
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın fevralın 24-ü Ukraynaya qarşı başlatdığı hərbi əməliyyat davam edir. Gündən-günə ölkəni tərk edən Ukrayna və xarici ölkə vətəndaşlarının sayı artır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ukraynadan Berlinə gələn qaçqınların sayı da durmadan artır. Bildirilir ki, martın 3-ü paytaxt Berlinə Polşadan qatarlarla təqribən 6500 ukraynalı qaçqın gəlib.

Ukraynadan Berlinə avtobus və şəxsi avtomobillərlə gələnlərin sayı isə bu rəqəmə daxil deyil. Berlin mərkəzi vağzalında qaçqınları yerbəyer etmək üçün könüllü işçilər də fəaliyyət göstərir.

Bununla yanaşı, yüzlərlə Berlin sakini əllərində gül və lövhələrlə ukraynalı qaçqınları qarşılamaq üçün vağzala axışıb. Sakinlər lövhələrdə ölkəyə gələn qaçqınlara qalacaq yer təklif ediblər. Hadisənin görüntüləri isə sosial şəbəkələrdə paylaşılıb və maraqla qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.