İranda 4.3 bal gücündə zəlzələ baş verib.
Milli.Az APA-ya istinadən bildirir ki, yeraltı təkanlar Çahar Mahal və Bəxtiyari əyalətinin Dəştək bölgəsində yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Milli.Az