Dünya

Avropalılar radiasiya əleyhinə kütləvi şəkildə dərmanlar almağa başlayıblar

4 Mart 2022 22:55
0 Şərh     Baxış: 1 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şərqi Avropa ölkələri Çernobıl AES-in Rusiya hərbçiləri tərəfindən ələ keçirilməsi, eləcə də Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojye AES-in atəşə tutulması ilə bağlı xəbərlərdən sonra kütləvi şəkildə apteklərdən kalium yodidi və tərkibində yüksək yod olan digər dərmanlar almağa başlayıblar.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, ötən həftə Çexiya, Bolqarıstan və Polşa sakinləri radiasiya ilə çirklənmə zamanı şüa xəstəliyinin qarşısını almaq üçün apteklərdən kalium yodid tabletləri alıblar. 

Radioaktiv izotop yod-131 nüvə yanacağının ən təhlükəli parçalanma məhsullarından biridir, çünki o, qalxanabənzər vəzdə yığılmağa meyllidir. Bunun baş verməməsi üçün, radiasiya sızması halında, təsirlənmiş ərazidəki insanlara adi yodun (sabit izotop yod-127) yüksək dozasını qəbul etmək tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.