"Ukrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk edib və hazırda Polşadadır".
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz teleqram kanalında iddia irəli sürüb.
"Zelenski Ukraynanı tərk edib. Ali Radanın deputatları Lvovda onun qəbuluna düşə bilmədiklərini deyiblər. O, indi Polşadadır", - deyə Volodin qeyd edib.
Milli.Az