Jitomirdə 25 saylı məktəbə havadan hücum edilib.
Milli.Az Korrespondent-ə istinadən xəbər verir ki, məktəbin yarısının dağıldığı qeyd edilir. Hazırda xilasetmə işləri aparılır.
Daha sonra Fövqəladə Hallar Dövlət Xidməti ölən və xəsarət alanların olmadığını bildirib.
"Zərərçəkən və xəsarət alan olmayıb. 5 nəfər təxliyə edilib", - xilasedicilər bildirib.
İnternetdə hadisə yerindən video da yayılıb.
Aslan Məmmədov
Milli.Az