Dünya

Otaqlara gizli kameralar quraşdıran otel işçisi - 2 min adamın cinsi əlaqə görüntülərini yayıb

5 Mart 2022 00:22
0 Şərh     Baxış: 6 789
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Otaqlara gizli kameralar quraşdıran otel işçisi 2 min adamın cinsi əlaqə görüntülərini lentə alaraq internetdə satıb.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, hadisə ABŞ-ın Texas ştatında dünyaca məşhur oteldə yaşanıb. Oteldə işləyən Cey Allee adlı 54 yaşlı şəxs bu şəkilləri cinsi məzmunlu filmlərin yer aldığı internet saytlarında satdığı məlum olub. Müştəri otağında elektrik adapterinə bənzəyən gizli kameranı görüb. Vəziyyəti anlayan müştəri dərhal polisə şikayət edib. Alleenin kompyuterində və telefonunda qonaqların 2000-ə yaxın cinsi əlaqə şəkli aşkarlanıb.

Polis tərəfindən həbs edilən Alleeni 15 il həbs cəzası gözləyir. Allee-nin vəkili verdiyi açıqlamada müştərisinin günahsız olduğunu və heç bir pis niyyəti olmadığını bildirib.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.