Dünya

BMT plastiki qadağan edəcək

4 Mart 2022 09:10
1 Şərh     Baxış: 650
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) yaxın gələcəkdə təbiətin plastik və onun tullantıları ilə çirkləndirilməsinin qadağan edilməsi ilə bağlı qətnamə qəbul edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qətnamə 2024-cü ilə qədər plastik çirklənmənin qadağan edilməsinə dair müqavilə hazırlayacaq hökumətlərarası danışıqlar komitəsinin yaradılmasını nəzərdə tutur. UNEP prezidenti, Norveçin iqlim və ətraf mühit üzrə naziri Espen Bart Eide bu sənədin qəbulunun tarixi məqam olduğunu vurğulayıb.

O, həmçinin plastik tullantıların bir çox canlıların nəslinin kəsilməsinə səbəb olduğunu xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.