Dünya

“Putin Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir” - Makron

4 Mart 2022 08:15
0 Şərh     Baxış: 1 270
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumlarını dayandırmaqdan imtina etdiyini bildirib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Makron özünün tviterdəki hesabında yazıb.

"Mən prezident Putinlə danışdım. İndiki mərhələdə o, Ukraynaya hücumlarını dayandırmaqdan imtina edir. Hazırda insan faciəsinin qarşısını almaq üçün dialoqun davam etdirilməsi vacibdir. Mən səylərimi və əlaqələrimi davam etdirəcəyəm. Biz ən pisdən qaçmalıyıq", - Makron əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.