Dünya

Bu ölkədə evlənən cütlüklərə 2 min avro veriləcək

2 Mart 2022 23:39
0 Şərh     Baxış: 2 635
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya rəsmiləri paytaxt Romanın da yerləşdiyi Latsio regionunda evlənən cütlüklərə 2 min avro veriləcəyini açıqlayıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Latsio aşiq" adlı layihə koronavirus pandemiyasının mənfi təsir göstərdiyi toy sənayesini canlandırmaq məqsədi daşıyır. Layihə paytaxt Roma ilə yanaşı, Tivoli, Latina, Viterbo və Pomezia kimi məşhur şəhərlər də daxil olmaqla ümumilikdə 13 şəhəri əhatə edir.

Sözügedən yardımdan əcnəbilərin də yararlana biləcəklər. Layihə üçün ümumilikdə 10 milyon avro ayrılıb.

Bildirilib ki, maliyyə dəstəyindən yararlanmaq üçün 2023-cü ilin yanvar ayının sonuna qədər müraciət etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.