Dünya

Rusiya Ukraynanın bu vilayətində 100-ə yaxın tankını itirib - VİDEO

1 Mart 2022 14:48
0 Şərh     Baxış: 2 140
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumı vilayətinin Lebedin şəhəri yaxınlığında Ukrayna ordusu Bayraktar pilotsuz uçuş aparatlarının köməyi ilə Rusiyanın 96 tankı, 20 "Qrad" və 8 yanacaq daşıyan maşınını məhv edib.

Milli.Az korrespondent-ə istinadən xəbər verir ki, bu barədə Şimal Əməliyyat Komandanlığı Facebook-da məlumat yayıb.

"Düşmənin 96 tankı, 20 "Qrad" məhv edildi, Lebedin yaxınlığındakı səkkiz yanacaq daşıyan maşın artilleriya ilə və Bayraktarların dəqiq zərbələri ilə yandırıldı. Bu, rusların yanacaqdoldurma məntəqəsi idi. "Qrad"ların mövqeləri də darmadağın edildi!"

Aslan Məmmədov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.