Dünya

Rusiya hərbçiləri Sumi yaxınlığında dinc əhalinin olduğu avtobusu atəşə tutublar

27 Fevral 2022 15:41
0 Şərh     Baxış: 1 762
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sumı vilayətində Rusiya hərbçiləri mülki şəxslərin olduğu avtobusu tanklardan atəşə tutub.

Bu barədə Sumı Regional Dövlət Administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

Onun sözlərinə görə, insident Axtırski rayonunda Çupaxivka ilə Dovjik arasında baş verib.

"Rusiya tankları dinc əhalinin olduğu avtobusu vurdu. Təcili yardım maşınları hadisə yerinə buraxılmayıb. Belə ki, ətraf minalanıb. Həkimlər əraziyə piyada getməli olublar", - deyə o, bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.