Dünya

"Müharibə davam edəcək və onunla gələn böhranların qalıcı nəticələri olacaq"

26 Fevral 2022 14:04
Baxış: 1 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron Ukrayna ilə Rusiya arasında müharibənin davam edəcəyi və onun nəticələri barədə xəbərdarlıq edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Makron bu barədə Fransanın illik kənd təsərrüfatı sərgisində yerli fermerlərlə görüşündə deyib.

"Sizə deyə biləcəyim tək şey budur ki, bu müharibə davam edəcək və onunla gələn bütün böhranların qalıcı nəticələri olacaq. Biz bunlara hazır olmalıyıq", - Makron xəbərdarlıq edib.

O bildirib ki, müharibə Avropaya qayıdıb.

Makron qeyd edib ki, Fransa hökuməti dayanıqlılıq planı hazırlayır və fermerləri təzyiqlərindən qorumaq və itirilmiş gəlirləri kompensasiya etmək üçün tədbirlər görüləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.