Dünya

Ukrayna itkilərini açıqladı - 40 hərbçi, 10 dinc sakin ölüb - YENİLƏNİB

24 Fevral 2022 14:02
2 Şərh     Baxış: 7 005
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

14:02

Ukrayna Ordusu 40 hərbçisini itirib, dinc sakinlər arasında 10-a qədər ölən var.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Oleksiy Arestoviç açıqlama verib.

O Xarkov şəhəri yaxınlığında şiddətli döyüşlərin getdiyini, Ukrayna Ordusunun Rusiyanın tank bölmələrinin hücumunu dəf etdiyini söyləyib.

-------

11:34

Rusiya Ordusunun aviazərbələri zamanı 1 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko "Facebook" səhifəsində yazıb.

Brovar hərbi şəhərciyinə zərbə zamanı 1 nəfər ölüb, daha 6 nəfər xəsarət alıb.

Mariopolda isə 1 uşaq olmaqla, 3 nəfər yaralanıb.

-------

11:04

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Brovar şəhərini atəşə tutması nəticəsində 1 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.