Dünya

“Kiyevdə strateji obyektlərə ballistik raketlər atılır”

24 Fevral 2022 08:24
0 Şərh     Baxış: 1 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya Ukraynaya hücum etdi, onun qoşunları bizim şimal sərhədlərimizi keçdi".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ukraynalı jurnalist Yuri Butusov özünün feysbuk hesabında yazıb.

"Ölkə boyu hərbi qurğular, ilk növbədə, hava bazasının hava hücumundan müdafiə hissələri, idarəetmə sistemləri hücuma məruz qalıb", - o yazıb.

"Ukrayna Silahlı Qüvvələri müqavimət göstərir", - Butusov əlavə edib.

"Ukraynanın paytaxtı Kiyedə strateji obyektlərə qanadlı və ballistik raketlər atılır".

Bunu isə ukraynalı jurnalist Andrey Tsaplienko Teleqram kanalında yazıb.

Şahidlər Kiyevdə artilleriya atəşi və partlayış səsləri barədə Reuters agentliyinə məlumat veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.