Dünya

Poliqlot-müxbir Kiyevdən altı dildə yayıma çıxdı - VİDEO

23 Fevral 2022 14:42
0 Şərh     Baxış: 1 050
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlərdə dünya ictimaiyyətinin diqqəti Rusiya ilə Ukrayna arasındakı vəziyyətə yönəlib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlum olub ki, müxtəlif ölkələrdə tamaşaçıların bir hissəsi eyni jurnalistin reportajlarına baxıb. Belə ki, o, Kiyevdən altı müxtəlif dildə yayıma çıxıb.

Filip Krouter "Associated Press"-in müxbiri və Ağ Ev Müxbirlər Assosiasiyasının rəsmi üzvüdür. O, Lüksemburqda ingilis qadın və alman kişinin ailəsində anadan olub. Uşaqlıqdan artıq üç dildə (alman, ingilis və lüksemburq) danışan gələcək jurnalist sonradan fransız, ispan və portuqal dillərini də öyrənib. İndi altı dildə sərbəst danışır. Bu cür bacarıqlar ona eyni anda bir neçə mediada işləməyə, müxtəlif ölkələrin sakinləri üçün tədbirləri işıqlandırmağa kömək edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.