İqtisadiyyat

Azərbaycanda Yaşıl Enerji Sənaye Parkı yaradılacaq

22 Sentyabr 2025 16:25
Baxış: 236
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) Çin şirkəti "China Datang Overseas Investment Co." ilə birgə Azərbaycanda "Yaşıl Enerji Sənaye Parkı"nın yaradılması üzrə Anlaşma Memorandumunu (MoU) imzalayıb.

Milli.Az xəbər verir ki, Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində baş tutan mərasimdə saziş İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və "China Datang Overseas Investment Co." şirkətinin Baş meneceri Yuanlonq Zhou tərəfindən imzalanıb.

Parkın məqsədi bərpa olunan enerji və ekoloji texnologiyaların inkişafına töhfə verməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.