Kişilərlə qadınların maaşı eyni olacaq - Dumada müzakirə gedir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kişilərlə qadınların maaşı eyni ola bilər.
Milli.Az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasında müzakirə aparılır.
Rusiyada qadınlarla kişilər arasında maaş fərqini aradan qaldırmaq biznesin deyil, dövlətin vəzifəsidir. Bu barədə Dövlət Dumasının Ailə müdafiəsi komitəsinin sədri Nina Ostanina açıqlama verib.
Onun sözlərinə görə, qadınların əməkhaqqı kişilərdən orta hesabla 30 faiz aşağıdır və bu məsələ hələ də öz həllini tapmayıb. Deputat xatırladıb ki, hələ illər öncə Davos forumunda Rusiya qadınların əməkhaqqı hüquqlarını pozduğuna görə "sarı kart"la xəbərdar edilmişdi.
"İki il əvvəl qadınların müdafiəsi ilə bağlı milli strategiya qəbul olundu. Hökumət qarşısına qadın və kişilərin maaşlarını bərabərləşdirmək məqsədi qoydu. Amma bu günə qədər real nəticə yoxdur. Ona görə də qadın məsələsinin həll olunduğunu demək sadəcə, özümüzü aldatmaqdır", - deyə Ostanina bildirib.
Deputat vurğulayıb ki, məsuliyyətin biznesin üzərinə qoyulması ədalətli deyil. Xüsusilə çoxuşaqlı ailələrdə qadınların uzun müddət dekret məzuniyyətində olduğunu, yalnız sosial ödənişlər aldığını, bunun isə əməkhaqqı statistikasına daxil edilmədiyini qeyd edib. Onun sözlərinə görə, bu səbəbdən işəgötürənlərin maaş fərqini azaltmaq imkanları məhduddur.
Xatırladaq ki, "RIA Novosti"nin məlumatına əsasən, 2023-cü ilin nəticələrinə görə, "Böyük iyirmilik" ölkələri arasında Rusiya gender maaş fərqinə görə üçüncü yerdə qərarlaşıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - Özü açıqladı - (Video)
-
Ceyranbatan gölündən meyit tapılıb? - Rəsmi açıqlama
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
-
Bakının mərkəzində piyadanı maşın vurdu - (Foto)
-
Tarixdə ən gənc "Formula-1" çempionu oldu
-
"Vikinq" – "Sabah" matçını hansı hakim idarə edəcək?
-
İranla sərhədimizdə PUA məhv edildi
-
Ayın 3-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - (Video)
-
Dərsə gəlməyən şagirdlər attestat ala bilməyəcək? - Rəsmi açıqlama
-
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
-
Vahid geyim qaydaları özəl məktəblərə də şamil olunur?
-
Binə qəsəbəsində evlər sökülür: Kvadratmetrinə 1200 manat verilir
-
Kiyevdə elektrik enerjisi kəsildi, nəqliyyat iflic oldu
-
İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər
-
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - dəmir yolu qiymətləri dəyişəcək
-
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)





