İqtisadiyyat

Bu ölkədən gətirilən quzu əti keyfiyyətsizdirmi? - Ekspert

22 Sentyabr 2025 15:40
Baxış: 516
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Neçə vaxtdır Monqolustandan Azərbaycana quzu əti gətirilir. Qiyməti ucuzdur, alanlar var, hələ ki, ondan ölüm faktı qeydə alınmayıb".

Milli.Az xəbər verir ki, bunu qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli son günlər Monqolustandan Azərbaycana gətirilən və satışı təşkil olunan quzu ətindən danışarkən deyib. 

Ekspert bildirib ki, Monqolustandan gətirilən quzu əti yerli heyvanların dadını vermir:

"Ondan yaxşı kabab bişirmək olmur. Yoxlamaq üçün aldım, qoxusu, dadı çox fərqlidir. Əgər kimsə keyfiyyətli və sağlam ət almaq istəyirsə, yerli qoyunların ətini alsın. İnsan ət yeyəndə onun dadından ləzzət almalıdır. Ləzzət yoxdursa, onun orqanizmə faydası da yoxdur".

Vahid Məhərrəmli Qazaxıstanda quzu ətinin 12 manata satıldığını qeyd edib:

"Azərbaycanda isə 22 manata satılır. Onlarda otlaq ərazilər daha böyükdür. Heyvanlar qısa müddətdə lazım olan çəkini  alırlar, yemləmə ucuz başa gəlir. Ətin maya dəyəri ucuz olduğundan onlar rahatca əti sata bilir. Azərbaycanda örüş sahələri azdır, otun qiyməti bahadır. Ətin maya dəyərində otun, yemin qiyməti yüksəkdir. Ona görə də ət Azərbaycanda bahadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.