Ölkə

Bakının avtobus zolaqlarının çəkilməsinə ehtiyac olmayan əraziləri AÇIQLANDI

22 Sentyabr 2025 15:32
Baxış: 356
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı şəhərində sıxlıq olmayan ərazilərdə avtobus zolaqlarının çəkilməsinin mənası yoxdur.

Milli.Az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Prezident İlham Əliyevin avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanından irəli gələn məsələlərə həsr edilən brifinqdə deyib.

"Avtobus zolaqlarının çəkilməsində elə əsas məqsəd avtobusun tıxacda qalmamasıdır. Bakı ətrafı qəsəbələrdə biz bu gün bir o qədər də sıxlıq görmürük . Məsələn götürək Novxanını. Orada avtobus zolağının çəkilməsinə sıxlığın olmaması səbəbi ilə ehtiyac yoxdur",- deyə o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.