Ölkə

Azərbaycanda güclü zəlzələ olacaq?

22 Sentyabr 2025 17:04
Baxış: 427
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Xəbər verdiyimiz kimi, iki gündür qardaş ölkə Türkiyədə zəlzələlər baş verir. Bəs Azərbaycanda da güclü zəlzələ olması ehtimalı var?

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda dağıdıcı gücə malik güclü zəlzələ gözlənilən zona yoxdur:

"Yer qabığı həmişə böyük kütlələrə parçalanıb və bu kütlələr sanki küçələrin üstündə yerləşir. Hər kütlənin öz hərəkəti var - həm üfüqi, həm də şaquli istiqamətdə. Lakin bu hərəkətlər eyni deyil, sürətlər bir-birindən fərqlənir. Zəlzələlər bu kütlələrin parçalanması, bir-birini sıxması və genişlənməsi ilə əlaqədardır".

Q.Yetirmişli qeyd edib ki, zəlzələnin dəqiq vaxtını, yəni saniyəsini proqnozlaşdırmaq mümkün deyil:

"Orta müddətli proqnoz vermək olar ki, hansı bölgədə gərginliyin toplandığı və zəlzələ ehtimalının artdığı müəyyənləşdirilsin. Azərbaycanda xırda təkanlar hər gün müxtəlif sayda qeydə alınır və bu, normal prosesdir. Qorxmağa heç bir əsas yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.