Dünya

Avropanın ən yüksək işsizlik səviyyəsinə malik ölkəsi məlum olub

22 Fevral 2022 11:18
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropada ən yüksək işsizlik səviyyəsinə malik ölkələr arasında ilk yerləri ardıcıl olaraq, İspaniya (13,4 faiz) və Yunanıstan (13,2 faiz) paylaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Polşa, Almaniya və Maltada kifayət qədər aşağı işsizlik qeyd olunur (3,5 faizdən çox deyil). Bu göstərici Ukraynada 9,6 faiz, İtaliyada 9,1 faiz, İsveçdə 8,3 faiz, Fransada 7,5 faiz səviyyəsindədir. Çex Respublikasında işsizlik cədvəli bağlayan İspaniyadan təxminən altı dəfə aşağıdır. 2021-ci ilin sonunda Avropada ən aşağı işsizlik Çex Respublikasında olub (burada iş axtaran sakinlər 2,2 faiz təşkil edir).

Rusiya 2021-ci ilin sonunda 4,3 faiz göstərici ilə reytinqdə onuncu yerdədir, demək olar ki, eyni nəticəni Böyük Britaniya da göstərib. Ekspertlərin fikrincə, bu il Avropa ölkələrində əmək bazarı müsbət dinamika nümayiş etdirməyi dayandıra bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.