Dünya

Ukrayna ordusu genişmiqyaslı təlimlərə başladı

19 Fevral 2022 13:06
0 Şərh     Baxış: 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri ölkədəki bütün hərbi poliqonlarda döyüş şəraitinə mümkün qədər yaxın səviyyədə hərbi təlimlər keçirməyə başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Təlimlərdə Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələri arasında əlaqəli fəaliyyət imkanları yoxlanılır, bununla bağlı tapşırıqlar icra olunur.

Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Nayev bildirib ki, təlimlərin məqsədi şəxsi heyətin peşəkarlıq səviyyəsini və döyüş qabiliyyətini yüksəltməkdir.

Onun sözlərinə görə, hazırda Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələri Komandanlığına tabe olan bütün qoşunlar və qüvvələr nəzərdə tutulan tədbirlərə uyğun olaraq təlimləri davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.