Dünya

Putin ehtiyatda olan vətəndaşlari hərbi toplanışa çağırdı - FOTO

19 Fevral 2022 08:28
0 Şərh     Baxış: 1 845
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının 2022-ci ildə hərbi toplanış üçün ehtiyatdan çağırılması haqqında fərman imzalayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə sənəd hüquqi informasiya rəsmi internet portalında dərc olunub.

Sənəddə deyilir: "2022-ci ildə ehtiyyatda olan Rusiya vətəndaşları Rusiya Silahlı Qüvvələrində, dövlət təhlükəsizlik orqanlarında və federal təhlükəsizlik xidməti orqanlarında hərbi toplanışa çağırılsın".

Fərmana uyğun olaraq, hökumət və regional hakimiyyət orqanları yoplanışla bağlı tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.