Cəmiyyət

Bakıda bir neçə məktəbin adı dəyişdirildi

23 Oktyabr 2025 12:30
Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda fəaliyyət göstərən bəzi məcburi köçkün məktəblərinin adları dəyişdirilib.

Milli.Az teleqraf-a istinadən xəbər verir ki, həmin məktəblər Qarabağ Regional Təhsil İdarəsinin tabeliyindən çıxarılaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyinə verilib.

Dəyişikliyə əsasən Ramana qəsəbəsində fəaliyyət göstərən Malıbəyli kənd tam orta məktəbi bundan sonra Bakı şəhəri 339 nömrəli tam orta məktəb adlanacaq. Həmçinin 9 saylı Şuşa tam orta məktəbinin adı Bakı şəhəri 343 nömrəli tam orta məktəb, Füzuli rayon 4 nömrəli tam orta məktəbi isə Bakı şəhəri 199 nömrəli tam orta məktəb olaraq dəyişdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.