Dünya

Tokayev xalqa müraciət edəcək

18 Fevral 2022 10:26
Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev mart ayının ortalarında xalqa müraciət edəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Tokayevin mətbuat katibi Berik Uali açıqlayıb.

Onun sözlərinə görə, Prezident müraciəti zamanı yanvar ayında ölkədə baş verən kütləvi iğtişaşlar barədə araşdırmaların ilkin nəticələrini açıqlayacaq.

Xatırladaq ki, yanvar ayının əvvəlində Qazaxıstanda kütləvi iğtişaşlar baş verib. İğtişaş iştirakçıları polis əməkdaşlarına və hərbçilərə hücum edib. Kasım-Jomart Tokayev dövlət çevrilişinə cəhd olduğunu bəyan edib. Ölkədəki vəziyyəti yanvarın 7-si sabitləşdirmək mümkün olub. Yanvarın 19-u isə bütün ölkə üzrə tətbiq edilən fövqəladə vəziyyət rejimi başa çatıb. İğtişaşlar nəticəsində 225 nəfər həlak olub, 4500-dən çox insan isə xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.