Dünya

"Koronavirus daha 10 il bizimlədir"

18 Fevral 2022 09:28
1 Şərh     Baxış: 2 644
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Dünya daha 10 il koronavirusla yaşayacaq".

Milli.Az report-a istinadən xəbər verir ki, "BioNTech"in baş direktoru Uğur Şahin deyib.

Uğur Şahin "omikron" ştamının son variant olmayacağını bildirib.

Baş direktor məlumat toplama prosesinin yavaş getdiyi üçün yeni ştama qarşı peyvəndin aprel və ya may aylarında hazır olacağını qeyd edib.

"Virus əsaslı şəkildə mutasiyaya davam edir və dünyada müxtəlif variantlar hərəkətdədir", - "BioNTech" rəhbəri vurğulayıb.

Qeyd edək ki, "BioNTech" və tərəfdaşı "Pfizer" hazırda xüsusi olaraq "omikron" variantı üçün hazırlanmış peyvənd üzərində işləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.