Dünya

Türkiyə həbsxanalarında 2000 iranlı məhkum cəza çəkir

14 Fevral 2022 21:35
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xarici ölkələrdə 3800 iranlı məhbus var".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu İranın Məhkəmə Sistemi rəhbərinin beynəlxalq məsələlər üzrə müavini Kazim Qəribabadi deyib.

O, bildirib ki, bu məhbusların 2000 nəfəri Türkiyədədir.

"Bu rəqəm olduqca çoxdur. Ölkə vətəndaşlarından digər ölkələrin qayda-qanunlarına əməl etmələrini istəyirik".

Onun sözlərinə görə digər ölkələrdə olan bəzi iranlı məhbusların vəziyyəti ürəkaçan deyil. Məhkəmə sistemi vətəndaşların ölkəyə qaytarılması üçün işləri davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.