Dünya

ÜST: 110-dan çox ölkə peyvənd hədəfimizdən geri qalır

14 Fevral 2022 21:25
1 Şərh     Baxış: 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hazırda dünyanın 116 ölkəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2022-ci ilin ortalarına qədər hər bir ölkədə əhalinin ən azı 70%-nin peyvənd edilməsi məqsədinə çata bilmir.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

"Hazırda 116 ölkə əhalinin 70%-ni peyvənd etmək kimi hədəfimizdən geri qalır",-deyə Qebreyesus bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri vurğulayıb ki, bəzi ölkələrdə əhalinin peyvəndə əlçatanlığının aşağı olması koronavirusun digər variantlarının yayılmasına səbəb olur.

Qebreyesus bəşəriyyətin bu il pandemiyanı nəzarət altına ala biləcəyini söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.