Dünya

Türkmənistanda növbədənkənar prezident seçkiləri keçiriləcək

12 Fevral 2022 12:42
0 Şərh     Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkmənistanda növbədənkənar prezident seçkilərinin tarixi müəyyənləşib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, seçkilər martın 12-də keçiriləcək.

Qeyd edək ki, ötən gün Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov postunu gənc rəhbərə vermək niyyətində olduğunu bildirib.

Xatırladaq ki, Türkmənistanda sonuncu prezident seçkiləri 2017-ci ildə baş tutub. Həmin seçkilərdə Q.Berdıməhəmmədov səslərin 97,28 %-i toplayıb. Mərkəzi Asiya ölkəsində prezident 7 il müddətinə seçilir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.