Dünya

Avropada doğum nisbəti ən aşağı olan ölkələrdən biri

11 Fevral 2022 21:59
0 Şərh     Baxış: 852
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqına (Aİ) üzv dövlətlər sırasında doğum nisbəti ən aşağı olan ölkələrdən biri İtaliyadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İtaliya Milli Statistika İnstitutunun (ISTAT) rəhbəri Gian Karlo Blanqiardo keçən il ölkədə qeydə alınan doğum sayının 400 mindən az olduğunu bildirib.

"Doğumların sayı əvvəlki ilə nisbətən azalıb. Bu baxımdan kritik bir dövrdən keçdiyimiz aydındır. 2020-ci ildə təxminən 405 min doğum olub. Ötən il bu göstərici 400 mindən aşağı düşüb. Altmış milyon əhalisi olan bir ölkədə doğum sayı 400 mindən az olmamalıdır. Bu o deməkdir ki, nəsil dəyişmə prosesi başlamayıb", - deyə o qeyd edib.

İnstitut rəhbəri hökumətin 2021-ci ilin noyabrında açıqladığı uşaq müavinəti paketinin müsbət qarşılandığını, lakin doğum nisbətindəki azalma tendensiyasının qarşısını almaq üçün başqa təşəbbüslərə ehtiyac olduğunu vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.