Dünya

ABŞ Ukraynaya daha 130 tonluq hərbi yardım göndərib

11 Fevral 2022 13:56
0 Şərh     Baxış: 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-dan Ukraynaya hərbi yardımın növbəti partiyası göndərilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Aleksey Reznikov feysbukda yazıb.

Onun sözlərinə görə, budəfəki hərbi yardımın çəkisi 130 tondur: "Daha 2 hərbi təyyarə Kiyevə çatıb. Bu, ABŞ-ın 15-ci hərbi yardımıdır. Hərbi yardımların ümumi çəkisi 1200 tondan çoxdur".

Eyni zamanda, hərbi yardımın gələcəkdə də davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl sonuncu hərbi yardım fevralın 9-da göndərilmişdi. Rəsmi Vaşinqton Rusiyanın Ukraynaya mümkün hücumu ilə əlaqədər Kiyevə dəstək göstərəcəyinə razılıq verib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.