Dünya

Bu, Ukraynaya ziyan vurur - Çavuşoğlu

10 Fevral 2022 20:00
0 Şərh     Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya-Ukrayna gərginliyində Türkiyənin mövqeyi çox aydındır. Ankaranın münaqişədə olan hər iki tərəflə yaxşı münasibətləri var. Bunun üçün də addımlar atmağa davam edirik.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "TRT Haber"ə açıqlamasında deyib.

"Bəziləri görünən, bəziləri isə pərdə arxasında atdığımız addımlardır. Prezidentimiz bu mövqeyini ən son Ukraynaya səfəri zamanı bildirdi. Burada məsələ ilk növbədə gərginliyi azaltmaq və sabitləşdirməkdir. Hər cəhd dəyərlidir, amma bəziləri "mən də bu işdə varam" söyləmək üçün addım atır. Burada qeyri-səmimilik görürük. Gərəksiz bəyanatlardan da çəkinmək lazımdır. Rusiyanın bu gün-sabah hücum edəcəyi haqda verilən bəyanatlar Ukraynada iğtişaşlara səbəb olur. Bu, həm də Ukraynaya iqtisadi ziyan vurur. Biz bunun real mənzərə olmadığını görürük. Real mənzərədə gərginlik var, münaqişə ehtimalı mövcuddur, amma bunu bəzi Qərb ölkələri etdiyi kimi, "meqafon diplomatiyası" ilə dilə gətirməyə ehtiyac yoxdur", - Çavuşoğlu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.