Dünya

Həkim “omikron”un ən ağrılı simptomlarından danışıb - FOTO

8 Fevral 2022 10:24
0 Şərh     Baxış: 2 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Omikron" ştammına yoluxan xəstələrdə boğaz ağrısı, şiddətli baş ağrıları və mədə ağrıları kimi ağrılı simptomlar müşahidə olunmağa başlayıb. Bu barədə rusiyalı infeksionist Yevgeni Timakov bildirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Omikron" ilə ən ağrılı simptom şiddətli boğaz ağrısı, çox şiddətli baş ağrısı və apandisiti xatırladan şiddətli qarın ağrısıdır", - deyə o, bildirib.

Xəstələrin şikayət etməyə başladığı digər problem bel nahiyəsində və bel əzələlərində yaranan ağrılar olub. Lakin onların dəqiq səbəbi hələlik məlum deyil.

Timakov qeyd edib ki, qadınlar daha çox belə şikayətlərlə müraciət edirlər, lakin ağrılar çox güman ki, reproduktiv sistem orqanlarının zədələnməsi ilə bağlı deyil.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.