Dünya

“Mən anayam”ın süjeti reallaşdırılır: Süni bətndə robot “dayə”lər embrion yetişdirir - VİDEO - FOTO

2 Fevral 2022 15:44
0 Şərh     Baxış: 660
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çinin şərqindəki Suçjou şəhərində tədqiqatçılar süni bətndə embrionların böyüməsini izləyə bilən süni intellekt sistemini uğurla inkişaf etdirdiklərini bildiriblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda söhbət heyvanların sınaqdan keçirilməsindən gedir.

Suçjou Biotibbi Mühəndislik və Texnologiya İnstitutunun professoru Sun Hayhuanın sözlərinə görə, texnologiya robot sistemə (və ya "dayə") siçan embrionlarını idarə etməyə, nizamlamağa və onlara qulluq etməyə imkan verir.

Tərtibatçılar iddia edirlər ki, "dayə" insan sələflərini geridə qoyub, çünki o, heyvan embrionlarının inkişafını "görünməmiş dəqiqliklə" izləyə bilir. Robot müxtəlif obyektivlər arasında sürətlə keçid edərək müxtəlif dərinliklərdə ultra aydın təsvirlər çəkən fotoqrafik prosesdən istifadə edir.

"Süni intellekt texnologiyası maşına embrionlardakı dəyişikliklərin ən kiçik əlamətlərini aşkarlamağa və karbon dioksidi, qidalanmanı və ətraf mühitə məruz qalmasını dəqiq tənzimləməyə kömək edir. Sistem hətta embrionları sağlamlıq vəziyyətinə və inkişaf potensialına görə sıralaya bilər", - deyə məlumatda bildirilir.

Texnologiyanın məqsədi həyatın mənşəyini və insan embrion inkişafını daha yaxşı başa düşmək, həmçinin anadangəlmə qüsurların və digər ciddi reproduktiv sağlamlıq problemlərinin həlli üçün nəzəri çərçivə təmin etməkdir.

Qeyd edək ki, 2019-cu ildə Qrant Spyutorun rejissorluğu ilə çəkilmiş "Mən anayam" ("I Am Mother") filmində də eyni mövzudan bəhs edilir. Süjetə əsasən, "Ana" adlı humanoid robot süni bətndə olan embrion nümunələrindən uşaq yetişdirməyə başlayır, onların arasından "qüsurlu" olanları isə məhv edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.