Dünya

Sarkisyan istefasını geri götürməyib

1 Fevral 2022 08:24
0 Şərh     Baxış: 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan Prezidenti Armen Sarkisyan müəyyən edilmiş həftə ərzində istefasını geri götürməyib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamenti spikerinin mətbuat katibi Tsovinar Xaçatryan "RİA Novosti"yə bildirib.

"Sarkisyan bunun üçün ayrılmış həftə ərzində istefasını geri götürməyib. Onun istefası protokolun dərcindən sonra qəbul edilmiş sayılacaq", - Xaçatryan qeyd edib.

Xatırladaq ki, A.Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Əsas səbəb kimi o, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan verməyən lazımi səlahiyyətlərin olmadığını göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.