Dünya

Britaniya xarici işlər naziri koronavirusa yoluxub

1 Fevral 2022 09:00
0 Şərh     Baxış: 737
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniyanın xarici işlər naziri Liz Trass Ukraynaya səfəri ərəfəsində koronavirus testi müsbət çıxıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə nazir "Twitter" səhifəsində yazıb.

Trass bildirib ki, artıq özünü təcrid edib, karantin müddətində evdən işləyəcək.

Qeyd edək ki, XİN başçısı çərşənbə axşamı baş nazir Boris Consonla birlikdə Ukraynaya səfər etməli idi.

Xatırladaq ki, bazar ertəsi Liz Trass, Boris Conson və Nazirlər Kabinetinin üzvləri ilə birlikdə parlamentdə dinləmələrdə olub. Bundan əlavə, o, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.