Dünya

Ən təhlükəsiz və ən kriminal şəhərlər - REYTİNQ

28 Yanvar 2022 13:46
0 Şərh     Baxış: 1 164
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın 459 şəhərinin reytinqini - qiymətlər, cinayət nisbətləri və həyat keyfiyyəti üzrə qlobal məlumat bazası olan Numbeo tərtib edib.

Beləliklə, ən təhlükəsiz şəhərlər siyahısına başçılıq edən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidir. İndeksdə o, 88,14% səs toplayıb. İkinci yerdə 86,17 faizlə Qətərin paytaxtı Doha qərarlaşıb. Üçüncü yeri 86,03% reytinqlə İspaniyanın San-Sebastyan şəhəri tutub. 

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, eyni araşdırmaya görə, dünyanın ən təhlükəli şəhərlərinin reytinqinə isə öz növbəsində Venesuelanın Karakas şəhəri başçılıq edir. Onu Papua-Yeni Qvineyada yerləşən Port Moresbi və Cənubi Afrikada Pretoriya müşayiət edib. Kabil və Rio-de-Janeyro da ən yaxşı iyirmi anti-liderlikdə birlikdədirlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.