Dünya

Nazir: "Almaniya 55 faiz Rusiya qazından asılıdır”

26 Yanvar 2022 20:48
0 Şərh     Baxış: 641
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyadan Almaniyaya qazın əsas həcmi Ukrayna və Polşa ərazisindən deyil, "Şimal axını 1" boru kəməri ilə daxil olur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu mətbuat konfransında Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek deyib.

O bildirib ki, təchizatla bağlı bütün müqavilələr istifadədir: "Almaniya Rusiya qazından təxminən 55% asılıdır".

Almaniyalı nazir bildirib ki, Rusiya qazının tədarükü ilə bağlı bütün razılaşmalara əməl olunur, lakin bu tədarüklər artıq nə Ukraynadan boru kəməri ilə, nə də Yamal-Avropa vasitəsilə Polşa ərazisindən keçir. Bunun böyük hissəsi "Şimal axını 1" vasitəsilə həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.