Dünya

İstanbul qara təslim oldu - FOTO

25 Yanvar 2022 13:22
3 Şərh     Baxış: 3 311
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

29 il sonra Türkiyənin Antalya bölgəsinə qar yağıb. Uşaqlar buna sevinsələr də, böyüklərin problemləri artıb.

Milli.Az Türkiyə mediasına istinadən bildirir ki, ölkədə yolların əksəriyyəti qapadılıb, İstanbulda və böyük şəhərlərdə fərdi minik avtomobillərindən istifadəyə müvəqqəti yasaq qoyulub. İstanbulda güclü qar səbəbindən Arnavutköydə xəstə helikopterlə xəstəxanaya çatdırılıb.

Bu gün yerli vaxtla saat 13.00-dək İstanbulda ictimai nəqliyyat istisna olmaqla, bütün avtomobillərin hərəkəti qadağan edilmişdi.

Güclü qar səbəbindən İstanbul ətrafındakı su anbarlarında suyun səviyyəsi 54,1 faizə çatıb.

Yollar buz bağladığından İstanbulda metropolitenin iş vaxtı gecə saat 2-yədək uzadılıb.

"Türkiyə Hava Yolları" aviaşirkəti İstanbul beynəlxalq hava limanından bütün uçuşları dayandırıb.

İstanbul valisi Ali Yerlikaya ictimai asayişin mühafizəsi, səhiyyə və nəqliyyat sahələrində çalışanlardan savayı, bütün dövlət qulluqçularının məcburi qısamüddətli məzuniyyətə buraxıldıqlarını, onların evdə qalmalarının istəndiyini deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.